İngiltərə klubunun hədəfindəki oyunçu
23.04.2025 , 14:15

“İpsviç”in hücumçusu Liam Delap karyerasını İngiltərənin digər klubunda davam etdirə bilər.
Korner.az xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.
Premyer Liqa klubu ingiltərəli oyunçunu yayda heyətinə cəlb etməyə çalışacaq.
Delap bu mövsüm Premyer Liqada 32 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
