İngiltərə klubunun futbolçusu “Qalatasaray”ın hədəfində
25.01.2024 , 13:37

“Mançester Yunayted”in futbolçusu Kristian Eriksen Türkiyə klubuna keçə bilər.
Korner.az xəbər verir ki, danimarkalı yarımmüdafiəçi ilə “Qalatasaray” maraqlanır.
Eriksen cari mövsüm “Mançester Yunayted” forması ilə 19 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
