İngiltərə klubunun futbolçusu 3 klubun hədəfində
19.03.2025 , 10:57

“Tottenhem”in yarımmüdafiəçisi İv Bissuma 3 klubun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, 28 yaşlı oyunçunun xidmətində “Aston Villa”, “Kristal Pelas” və “Everton” maraqlıdı.
Futbolçu bu komandalardan biri ilə razılığa gələrsə, onun yayda İngiltərə nəhəngindən ayrılacağı gözlənilir.
O, bu mövsüm Premyer Liqada 35 oyun keçirib, 2 qol vurub.
