İngiltərə klubunun baş məşqçisi məlum oldu
15.01.2019 , 21:02

Nottingham Forest-in yeni baş məşqçisi müəyyənləşib.
Çempionşip təmsilçisinin “sükan”ı Martin O’Nilə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 66 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Martin O Nil son olaraq İrlandiya millisini çalışdırıb.
Qeyd edək ki, Nottingham Forest-də bir neçə gün əvvəl baş məşqçi Aytor Karanka vəzifəsindən göndərilmişdi.
