İngiltərə klubundan yeni transfer
19.07.2024 , 10:00

“Mançester Yunayted” yeni transferini həyata keçirib.
Korner.az xəbər verir ki, “qırmızı-şeytanlar” “Lill”in müdafiəçisi Leni Yoronu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
