İngiltərə klubundan “Qalatasaray”a?
05.12.2024 , 20:32
“Qalatasaray” heyətinə yeni qapıçı cəlb etmək istəyir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Yunayted”də çıxış edən Altay Bayındırı transfer edə bilər.
Türkiyə nəhəngi qolkiper üçün İngiltərə klubu ilə danışıqlara başlayıb.
26 yaşlı əlcək sahibi özü də “Qalatasaray”a keçməyə müsbət baxır.