İngiltərə klubundan 25 milyon avroluq transfer
13.06.2023 , 09:51

“Brentford” heyətində icarə əsasında çıxış edən alman futbolçu Kevin Şadeni rekord qiymətə transfer edib.
Korner.az xəbər verir ki, klubun yaydığı açıqlamada “Frayburq”la razılığın əldə edildiyi və ödənilən qiymətin klub rekordu olduğu bildirilib.
İngiltərə mətbuatında çıxan xəbərə görə isə “Brentford”un futbolçu ilə 5 illik müqavilə bağladığı, qarşı tərəfə 25 milyon avro ödədiyi vurğulanıb.
Mina Musayeva
