İngiltərə klubundan 20 milyonluq transfer
23.08.2023 , 17:58

“Vest Hem” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Ştutqart”dan Dinos Mavropanosu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərə təmsilçisi 25 yaşlı müdafiəçi üçün 20 milyon avro ödəyəcək.
