İngiltərə klubunda yeni müqavilə
13.02.2020 , 18:27

İngiltərənin “Norviç Siti” klubunda yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub futbolçusu Aleksandr Tetti ilə sözləşmənin müddətini 2021-ci ilin yayına qədər uzadıb.
Bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb.
2012-ci ildən “Norviç Siti”də forma geyinən Tetti, bu mövsüm Premyer Liqada 19 oyunda iştirak edib.
