İngiltərə klubunda yeni müqavilə
13.06.2025 , 21:45

“Brayton”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Ceyms Milnerin sözləşməsini yeniləyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı futbolçunun yeni kontraktı 2025/2026 mövsümün sonuna kimi nəzərdə tutulub.
Oyunçu 2023-cü ildən İngiltərə klubunda çıxış edir.
