İngiltərə klubunda yeni baş məşqçi
17.12.2024 , 16:10
“Vulverhempton”un yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin Vitor Pereyraya tapşırıldığı iddia olunur.
56 yaşlı portuqaliyalı mütəxəssis bu postda Qari Onili əvəzləyəcək.
Pereyra son olaraq Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunu çalışdırıb.