İngiltərə klubunda yeni baş məşqçi
29.10.2024 , 16:52

“Mançester Yunayted”in yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İngiltərə klubunun yeni baş məşqçisi “Sportinq”dən Ruben Amorim olacaq.
“Mançester Yunayted” buna görə Portuqaliya klubuna 10 milyon avro ödəyəcək. 39 yaşlı mütəxəssisin Mançester klubuna razılıq verdiyi bildirilir.
