İngiltərə klubunda narazılıq yaradır
13.11.2025 , 21:30
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze komandadakı durumundan razı deyil.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu dünya çempionatı öncəsi daha çox oynamaq istəyir, lakin baş məşqçi Ruben Amorim ona əsas heyətdə yer vermir.
24 yaşlı forvardın yanvarda icarəyə göndərilməsi ehtimal olunur. Onun üçün əsas namizəd “Roma”dır, lakin İtaliya klubu futbolçunun yüksək maaşını ödəməkdə çətinlik çəkir. Müqavilənin baş tutması üçün tərəflərdən biri güzəştə getməli olacaq.
Zirkze cari mövsümdə cəmi 5 matçda meydana çıxıb və hələ start heyətində oyun şansı qazanmayıb.