İngiltərə klubunda ciddi itki
15.04.2025 , 19:19

“Mançester Yunayted” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, İngiltərə komandasının futbolçusu Coşua Zirkze sıradan çıxıb.
Arxa bud əzələsindən zədə alan 23 yaşlı hücumçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Onun bu səbəbdən mövsümü erkən başa vura biləcəyi gözlənilir.
