İngiltərə klubu Türkiyədən qapıçı transfer edir
07.04.2025 , 19:58

“Eyüpspor”un qapıçısı Berke Özer İngiltərə klubunun hədəfinə düşüb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, 24 yaşlı qolkiperin xidmətində “Aston Villa”nın maraqlı olduğu bildirilir.
Bu mövsüm Superliqada 28 matça çıxan qolkiper 10 oyunda qapısını toxunulmaz saxlayıb.
