İngiltərə klubu oyunçusunu satdı
27.05.2024 , 16:27

“Mançester Yunayted” futbolçusu Alvaro Karreras Fernandezlə bağlı qərar verib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi oyunçusunu “Benfika”ya satıb.
Bu barədə klubun yaydığı açıqlamada bildirilib.
21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Mançester Yunayted” bu transferdən 6 milyon avro gəlir əldə edib.
Oyunçu cari mövsümün 2-ci hissəsindən “Benfika”da icarə əsasında çıxış edirdi.
