İngiltərə klubu onunla peşəkar müqavilə imzaladı
03.04.2025 , 23:00

“Mançester Yunayted”də yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Əmir İbrahimovla peşəkar sözləşmə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı yarımmüdafiəçi ilə imzalanan anlaşmanın müddəti barədə məlumat verilməyib.
Əmir İbrahimov bu mövsüm gənclər komandasının heyətində 25 matç keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.
