İngiltərə klubu onunla maraqlanır
14.10.2024 , 10:20

“Atletiko”nun futbolçusu Rodriqo de Paul komandasını dəyişə bilər.
Korner.az xəbər verir ki, “Mançester Yunayted” yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına kimidir.
30 yaşlı oyunçu İspaniya çempionatının cari mövsümündə 8 matçda iştirak edib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
