İngiltərə klubu onu göndərir
27.06.2024 , 22:59

Viktor Lindelöf bu yay “Mançester Yunayted”lə vidalaşa bilər.
Korner.az xəbər verir ki, klub yeni transferlərlə bağlı vəsait toplamaq üçün bəzi futbolçularla yollarını ayıracaq.
İngiltərə mətbuatında yer alan xəbərə görə, bu futbolçular arasında Lindelöfün də adı var.
29 yaşlı isveçli müdafiəçinin klubu ilə hazırkı müqaviləsi gələn ilə qədərdir.
2017-ci ildə “Benfika”dan 35 milyon avroya “Mançester Yunayted”ə transfer olunan təcrübəli müdafiəçinin bazar dəyəri 15 milyon avro olaraq göstərilir.
