İngiltərə klubu hücumçusunu itirdi
23.02.2024 , 22:19

Premyer Liqa nəhəngi “Mançester Yunayted” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, hücumçusu Rasmus Hojlund zədələnib.
Klubun yaydığı açıqlamada, 21 yaşlı futbolçunun 2-3 həftə meydanlardan uzaq qalacağı bildirilib.
Bu mövsüm “Mançester Yunayted”lə 30 matça çıxan Hojlund 13 qol vurub, 2 məhsuldar ötürmə edib.
