İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” “Beşiktaş”da icarə əsasında oynayan Anderson Taliskanı istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda Portuqaliya mediası xəbər yayıb.
“Benfika”ya məxsus olan futbolçu üçün İngiltərə təmsilçisi 25 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdı. “Qırmızı şeytanlar”ın portuqaliya təmsilçisi ilə danışıqlara başladığı bildirilir.
Qeyd edək ki, braziliyalı oyunçunun “Beşiktaş”la müqaviləsi mövsümün sonunda bitir.
