İngiltərə klubu baş məşqçini göndərir – Yeni namizəd isə məlumdur
17.03.2025 , 16:30

“Mançester Siti” baş məşqçisi Xosep Qvardiola ilə yollarını ayıra bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, “şəhərlilər”in son vaxtlar əldə etdiyi nəticələri ürəkaçan olmadığı bildirilib.
Klub rəhbərliyi artıq yeni məşqçi axtarışlarına başlayıb.
İngiltərə nəhənginin bu vəzifəyə “Barselona”nın sabiq futbolçusu Sesk Fabreqası gətirəcəyi iddia olunub.
