İngiltərə klubu baş məqşçi ilə bağlı qərar verdi
27.02.2026 , 14:10
“Brenford” klub rəhbərliyi baş məşqçi Kit Endryusla yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 45 yaşlı mütəxəssis 2032-ci ilin yayına qədər London təmsilçisini çalışdıracaq.
İrlandiyalı məşqçi komandanın sükanı arxasına ötən ilin yayında keçib. O, bundan əvvəl “Şeffild Yunayted” və İrlandiya yığmasında məşqçi kimi fəaliyyət göstərib.
Premyer Liqada uğurlu çıxış edən “Brenford” hazırda turnir cədvəlində üst pillələr uğrunda mübarizəni davam etdirir.