İngiltərə klubu “Barselona”dan transfer edəcək
20.06.2024 , 22:38

“Vest Hem” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, klub “Barselona”nın futbolçusu üçün hərəkətə keçib.
Söhbət Kataloniya təmsilçisinin vingeri Ferran Torresdən gedir.
London klubu yaxın günlərdə İspaniya nəhəngi ilə danışıqlara başlayacağı gözlənilir.
Torres 2022-ci ildən “Barselona”da forma geyinir.
Mina Musayeva
