İngiltərə klubu 50 milyon avroluq transferə hazırlaşır
10.01.2025 , 13:50
“Mançester Siti” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Pep Qvardiolanın komandası “Lans”dan Abdukodir Xusanovu transfer etməyə yaxındır.
Bu barədə “Sky Sports” məlumat yayıb.
Xəbərdə, İngiltərə nəhənginin özbək müdafiəçi üçün “Lans”a bonuslar da daxil olmaqla 50 milyon avro ödəyəcəyi bildirilib.
Pep Qvardiola da 20 yaşlı müdafiəçinin transferini təsdiqləyib.
“Şəhərlilər”in son uğursuzluqlarından sonra transferi rəsmiləşdirməsi gözlənilir.
Cari mövsümdə Fransa klubunun heyətində 16 matçda iştirak edən Xusanov 1 məhsuldar ötürmə edib.