İngiltərə klubu ərəblərə satıldı
03.01.2020 , 18:07

İngiltərənin “Çarlton” klubunun yeni sahibi müəyyənləşib.
Korner.az xəbər verir ki, Çempionşipdə mübarizə aparan klub ərəblərə satılıb.
Klubun yeni sahibi Birləşmiş Ərəb Əmirliklərinə məxsus “East Street Investments” şirkəti olub.
Sözügedən komanda hazırda Çempionşipdə 28 xalla 19-cu pillədə qərarlaşıb.
