İngiltərə – İtaliya oyunu da ləğv olundu
14.03.2020 , 19:53

İngiltərə – İtaliya yoldaşlıq oyunu ləğv olunub.
Korner.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının saytı məlumat yayıb.
Buna koronavirus pandemiyası səbəb olub.
İngiltərə – İtaliya matçı martın 27-i Londonun “Uembli” stadionunda keçirilməli idi.
