Fransa və Mərakeş yarımfinalda
11.12.2022 , 01:00

Bu gün dünya çempionatında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk matçında 1/8 finalda İspaniyanı mübarizədən kənarlaşdıraraq sürprizə imza atan Mərakeş yığması bu dəfə Portuqaliya ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanaraq, yarımfinala adlayıb.
Digər matçda son dünya çempionu Fransa İngiltərənin müqavimətini qırmağı bacarıb və 2:1 hesablı qələbə qazanıb.
Dünən baş tutan oyunlardan sonra Xorvatiya və Argentina yarımfinala yüksəlib.
Dünya çempionatı
1/4 final mərhələsi
10 dekabr
19:00. Mərakeş – Portuqaliya – 1:0
23:00. İngiltərə – Fransa – 1:2
