İngiltərə FA kuboku: “Çelsi” növbəti mərhələdə
28.01.2019 , 09:43

İngiltərə kubokunda 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.
Doğma meydanda “Şeffild Uensdey” klubunu qəbul edən “Çelsi” rəqibini 3:0 hesabı ilə məğlub edib. London təmsilçisi bu qələbə ilə adını 1/8 finala yazdırıb.
İngiltərə kuboku, 1/16 final mərhələsi
27 yanvar
“Çelsi” – “Şeffild Uensdey”
Qollar: Villian, 26-pen. (1:0), Kallum Hadson-Odoi, 64 (2:0), Villian, 83 (3:0)
