İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt: “Əlbəttə, bu ciddi məsələdir. Amma mənim vəzifəm öz işimə diqqət yetirmək və komandanı hazırlamaqdır”
İngiltərə hökumətinin yayda Rusiyada təşkil ediləcək dünya çempionatını boykot etməsindən sonra yığmanın baş məşqçisi açıqlama verib. O bildirib ki, çempionata hazırlaşırlar: "Biz dünya çempionatına getməyə hazırlaşırıq. Heç şübhəsiz, bu, bizim etməli olduğumuz işdir. Bununla yanaşı, futbolçularımız və azarkeşlərimizin təhlükəsizlik tədbirlərini də planlaşdırmalıyıq”.
