İngiltərə klubu baş məşqçi postuna onu gətirir
04.12.2024 , 20:32
Hazırda klubsuz olan Massimiliano Alleqridən yeni xəbər var.
Korner.az xəbər verir ki, italiyalı mütəxəssis İngiltərə Premyer Liqasında “Vest Hem”i çalışdıra bilər.
London klubu hazırkı baş məşqçisi Xulen Lopeteqini istefaya göndərmək fikrindədir.
Klub onu Alleqri ilə əvəzləməyi düşünür.
Xatırladaq ki, Alleqrinin son iş yeri “Yuventus” olub.