Ukrayna və İngiltərə 1/4 finalda
30.06.2021 , 01:38

Bu gün AVRO-2020-də 1/8 final mərhələsinə yekun vurulub. Sonuncu oyun günündə 2 matç keçirilib.
Əvvəlcə İngiltərə Almaniya ilə üz-üzə gəlib. 2 cavabsız qolla qalib gələn ingilislər 1/4 finala çıxıb.
Günün son matçında İsveç Ukrayna ilə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Ancaq əlavə vaxtın sonlarında Ukrayna daha bir qol vuraraq növbəti mərhələyə yüksəlib.
AVRO-2020
1/8 final
29 iyun
20:00. İngiltərə – Almaniya – 2:0
Qollar: Sterlinq, 75, Keyn, 86
23:00. İsveç – Ukrayna – 1:2 (əsas vaxt – 1:1)
