İngiltərə ən yaxşı futbolçusunu seçir
20.04.2019 , 20:32

İngiltərədə ilin ən yaxşı futbolçusuna namizədlərin adları açıqlanıb.
Bunlar “Mançester Siti”dən Serxio Aquero, Bernardo Silva və Rahim Sterlinq, “Liverpul”dan Vircil van Dayk və Sadio Mane, “Çelsi”dən isə Eden Hazarddır. Qalibin adı aprel ayının 28-i müəyyənləşəcək.
Qeyd edək ki, ötən ilin qalibi “Liverpul” klubundan Məhəmməd Salah olub.
