Dünən Çempionlar liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Mançester Yunayted” – “Qalatasaray” oyununda ingilislərdən Fatih Terimə qarşı böyük jest edilib.
Korner.az– ın məlumatına görə, stadiondan komandaların heyəti açıqlanarkən “Qalatasaray”ın baş məşqçisi “İmperator Fatih Terim” deyə səsləndirilib.
Bu jest “İmperator”u həm təəccübləndirib, həm də sevindirib. Bundan əlavə “Qalatasaray”ın oyunçu dəyişiklikləri də stadionda türk dilində səsləndirilib.
