İngiltərənin “Liverpul” və “Mançester Yunayted” klubları “Atletiko Madrid”in yarımmüdafiəçisi Arda Turan üçün 33 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.
Korner.az-ın məlumatına görə, elə bu məbləğ Turanın müqaviləsində də öz əksini tapır.
Ötən günlərdə Arda Turanın meneceri də 26 yaşlı oyunçunun İngiltərədə futbol oynamaq həvəsində olduğunu açıqlamışdı.
Xatırladaq ki, Ardanın “Atletiko” ilə müqaviləsi 2017-ci ilə qədərdir.
