Arda Turan “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Korner.az-ın məlumatına görə, İngiltərə klubu türk futbolçunu heyətinə qatmaqda maraqlıdı.
İddialara görə, “qırmızı şeytanlar” bu transfer üçün “Atletiko”ya 25 milyon avro ödəməyə hazırdı. Nani, Eşli Yonq və Antonio Valensiyadan istədiyi nəticələri ala bilməyən baş məşqçi David Moyesin Ardanın transferi üçün israr etdiyi bildirilir.
