Etdiyi sensasion transferlərlə bütün Avropanın diqqətini öz üzərinə çəkən "Qalatasaray" bu gün "Köhnə qitə"də idman mətbuatının manşet mövzusu olub.
Korner.az-ın məlumatına görə, İngiltərə mediası sabah "Cim-Bom"un "Şalke"ylə keçirəcəyi oyunda maraqlı hadisənin yaşana biləcəyini yazıb.
Ada mətbuatı Çempionlar Liqasının finalından sonra yenidən bu turnirdə oynamaq şansı qazanan Didye Droqbayla yanaşı, "sarı-qırmızılı" azarkeşlərə də yer ayırıb. Xəbərlərdə "Fənərbağça"yla "TT Arena"da keçirilmiş Superliqa oyununda 106.3 desibel səs gücüylə "Ginnesin Rekordlar kitabı"na düşən "Qalatasaray"lı fanatların bügünkü oyunda bu rekordu təzələyə biləcəkləri bildirilir. İngilislər Sneyderlə Droqbaya səslənərək hazırkı rekorddan 10 desibel artığının karlığa səbəb ola biləcəyini qeyd ediblər: "Qalatasaray"ı dəstəkləmirik. Amma onlara inanırıq. Droqba qol vursa, yəqin ki, stadiondan yüksələcək səsləri İngiltərədə eşidəcəyik".
