İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” və “Çelsi”nin transfer siyahısının ilk sırasında “Barselona”nın ulduz futbolçusu Neymar yer alır.
Korner.az-ın məlumatına görə, “qırmızı şeytanlar” braziliyalı oyunçunun “Barselona” ilə müqaviləsində nəzərdə tutulan 200 milyon avroluq sərbəst qalma məbləğini ödəməyi planlayır.
Gələn mövsüm üçün transfer büdcəsi 300 milyon avro olan “manikunianlar”ın “sambaçı” üçün danışıqlara başladığı bildirilir.
Qeyd edilir ki, digər bir ingilis klubu “Çelsi” də forvardın sərbəst qalma məbləğini ödəməyə hazırdı.
Əgər son Olimpiya çempionu “Mançester Yunayted” və “Çelsi” klublarından birinə transfer olarsa, ildə 25 milyon avro qazanacaq.
