İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” və “Çelsi” “Napoli”nin futbolçusu Drays Mertensin xidmətində maraqlıdı.
Korner.az-ın məlumatına görə, bu haqda İtaliya mediası xəbər yayıb.
Bildirilir ki, hər iki klubun nümayəndələri “Napoli”nin “Yuventus”u 3-2 hesabı ilə məğlub etdiyi matçı stadiondan izləyib.
Xatırladaq ki, 2013-cü ildə “Napoli”yə transfer olunan hücumçu bu mövsüm 38 oyuna 26 qol vurub və 12 məhsuldar ötürmə edib.
