İngiltərə millisinin sabiq futbolçusu Sol Kempbell Avro-2012 öncəsi gözlənilməz açıqlama verib. Korner.az-ın məlumatına görə, o, Polşa və Ukraynada keçiriləcək qitə birinciliyinə həmyerlilərinə getməmək xəbərdarlıqını edib.
Müdafiəçi BBC telekanalına müsahibə verərkən Avropa çempionatının keçiriləcəyi Polşa və Ukraynada a irqçiliyin və millətçiliyin hökm sürdüyünü deyərək, öz lkəsinə belə səslənib:
“Avropa çempionatı Polşa və Ukraynaya verilməməli idi. Evdə qalın, Avropa çempionatını televizordan izləyin. Özünüzü riskə atmayın”.
