FİFA prezidenti Canni İnfantino yaxın gələcəkdə futbolda yeni sistemdən istifadə olunacağı deyib.
Korner.az-ın məlumatına görə, “Blick” nəşrinə açıqlama verən ali futbol qurumunun rəhbəri sentyabrın 1-də İtaliya ilə Fransa arasında keçiriləcək yoldaşlıq oyununda ilk dəfə videotəkrarın yeni texnologiyasından istifadə ediləcəyini deyib:
“Biz artıq 1904-cü ildə yaşamırıq. Mümkün qədər səhv qərarları aradan qaldırmalıyıq. İnanıram ki, 2018-ci il dünya çempionatına qədər videotəkrar sistemindən tam istifadə edəcəyik”.
