İnfantino: “Heç bir oyun insan sağlamlığından üstün deyil”
03.04.2020 , 17:52

FİFA-nın prezidenti Canni İnfantino koronavirus pandemiyasıyla bağlı açıqlama verib.
Korner.az xəbər verir ki, İnfantino heç bir oyunun insan sağlamlığından üstün olmadığını deyib:
“Hamımız yenidən futbola başlamaq istəyirik, ancaq bunun nə zaman olacağını bilmirik. Sağlıq hər şeydən irəlidə gəlir. Heç bir oyun insan sağlamlığından üstün deyil. Gələcəyə doğru işləyərkən bu düşüncəni əsas tuturuq.
Futbolçuların müqavilələriylə bağlı işləyən bir İşçi Qrupumuz var. Yaxın zamanda futbolçuları və klubları qoruyacaq təkliflərlə gələcəklər”.
