Futbol

“İndiki nəticədən razıyıq, amma əsas mayda neçənci olacağımızdı” – Namaşko

07.12.2019 , 10:42

FutbolPress“Keşlə”nin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasının XIV turunda “Qarabağ”la oyunundan (2:2) sonra “FutbolPress”İn əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırdı…

– Bir xalı sizin üçün qazanc hesab etmək olar?
– Hansı komandaya qarşı oynadığımızı bilirdik. Bir xala görə əlbəttə ki, sevinirik. Üç xala köklənmişdik. Bir xal da bizim üçün yaxşı nəticədi. Elə oyun idi ki, uduza da bilərdik, uda da bilərdik.

– Əsas heyətdən bir neçə oyunçu bugünki görüşdə meydanda yox idi. Onlar da oynasaydı “Qarabağ”a qalib gələ bilərdiz?
– Bu barədə nəsə demək çətindi. Onların əvəzinə meydana çıxan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər və bir xal qazandıq. Yenə də deyirəm ki, çətin rəqibə qarşı oynayırdıq.

– Mahir Emrelinin vurduğu qol zamanı yan xətt hakiminə etiraz edirdin. Həmin epizodda nə baş vermişdi?
– Hakimə etiraz bildirmədim. Sadəcə həmin anda topun qapı xəttini keçmədiyindən əmin idim. Ancaq sonradan mənə topun xətti keçdiyini dedilər. İkinci yarıya çıxanda hakimdən üzr istədim. Adətən mən belə şeyləri özümə sığışdırmıram. Hakimlərə yaxınlaşıb etiraz etmirəm. Sadəcə həmin anda hisslərə qapıldım.

– Ölkə kubokunda da “Qarabağ”a qarşı iki oyununuz var. Eyni komandaya qarşı bu qədər çox oynamaq darıxdırıcı gəlmir?
– Daha fərqli komandalarla oynamaq istəyərdik. Amma olanlarla kifayətlənməliyik. “Qarabağ” və “Neftçi” kimi komandalara qarşı oyunlar, həm bizə, həm də gənc futbolçular üçün motivasiyadı.

– “Keşlə” mövsümün birinci hissəsini turnir cədvəlində ikinci və ya üçüncü yerdə başa vuracaq. Bu nəticə sizi razı salır?
– Çempionat bizim üçün çətindi. Çünki mayın sonuna kimi hələ çox var. Hələ mövsümün yarısı qarşıdadı. Qarşımıza qoyulan məqsəd “üçlüy”ə düşməkdi. Ona görə də hər oyuna xal qazanmaq üçün çıxırıq. Nə qədər alınacağını mayın sonunda görəcəyik. Topladığımız xallar hardasa bizi qane edir. Bir az da çox xal yığa bilərdik. Hazırkı mövqeyimiz bizi tam olaraq qane edir. Lakin bugünki nəticəyə görə avrokuboklara vəsiqə vermirlər. Bizim üçün əsas olan mayın sonuna neçə xalımızın, turnir cədvəlində hansı pillədə olmağımızdı.

– Moldova millisinə yeni, türkiyəli baş məşqçi təyin edilib. Yenidən milliyə qayıdışın baş tuta bilər?
– Məndə olan məlumata görə, hazırda mənim namizədləyim yoxdu. Bugünki millidə məni nəzərə almırlar. Nəyə görə, niyə? Bunu onlara sual versəniz daha yaxşı olar. Hər halda, baş məşqçi var və qərarları da o verir. 

Son yazılar

Yuxarı