"Neftçi" ilk oyunda, "Dalğa Arena"da göstərdiyi oyunu Kiprdə sərgiləyə bilsə mərhələ keçmək mümkün olacaq. Heç kim bu oyuna proqnoz verə bilməz". Bu sözləri Korner.az-a açıqlamasında Mirbağır İsayev deyib.
1995-ci ildə "Neftçi"nin heyətində APOEL-ə qarşı forma geyinən İsayev indiki APOEL-i daha güclü hesab edir:
"Əlbətdə indi ki, APOEL əvvəlkindən güclüdür. Keçən il Çempionlar Liqasında APOEL 1/4 finala kimi irəliləmişdi.Həm bu amilin, həm də, çmpionatın səviyyəsini nəzərə alaraq deyə bilərəm ki, indiki APOEL 1995-ci ildəki APOEL-dən qat-qat güclüdür. Lakin inanıram ki, "Neftçi" bizi sevindirəcək".
