“Bizim oyunu udmaq şansımız var idi. Qələbə üçün əlimizdən gələni etdik. Amma alınmadı. Qapımıza son dəqiqədə vurulan qolu qəbul edə bilmirəm”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Fiorentina”nın baş məşqçisi Paulo Souza Avropa Liqasının qrup mərhələsində PAOK-a 2:3 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini İtaliya mətbuatına açıqlayarkən deyib.
O bildirib ki, Yunanıstan təmsilçisinin qrupdakı digər iki komanda – “Qarabağ” və “Slovan”dan təcrübəsi daha çoxdur.
“Buna baxmayaraq, evdəki oyunda qalib gəlməliydik. Artıq hər şey geridə qalıb. İndi PAOK məğlubiyyətini unudub, fikrimizi “Qarabağ”la matça yönəltməliyik” – deyə o bildirib.
