PSJ-nin kapitanı Tiaqo Silva “Liverpul”un yarımmüdafiəçisi Filipp Koutinyonu Fransa paytaxtında görmək istəyir.
Braziliyalı müdafiəçi həmyerlisi ilə PSJ-yə mümkün keçidi barədə danışıb:
“Filippe ilə xeyli söhbət etdik. İnaniram ki, mövsümün sonunda, yaxud daha tez o, PSJ-yə keçəcək. Bu, xoş sürpriz olardı. Koutinyo təkliflər barədə yaxşıca düşünəcək və tezliklə bizimlə birgə olacaq. O, düzgün qərar qəbul etməlidir”.
