“İnanıram ki, ən yaxşı olacağıq” – Samir Abasov
10.03.2019 , 10:56

“Əsas odur ki, məğlub olmadıq. Belə komandalarla oyunda məğlub olmamaq digər matçlara stimul verir”. Bu sözləri “Zirə”nin baş məşqçisi Samir Abasov deyib.
“Qartallar” Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Qarabağ”la qolsuz heç-heçə edib.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “İlk hissədə yaxşı oynadıq, bütün cəhdlərdə rəqibi üstələdik. İkinci hissədə isə rəqibin təzyiqindən sonra “oturmalı” olduq. Fürsətlərimizdən istifadə edə bilmirik. Üzülmürük, yaxşı nəticə əldə etmişik. Bundan sonra daha da yaxşı çalışacağıq. İnanıram ki, biz ən yaxşılardan yox, ən yaxşı olacağıq”.
– “Zirə”nin hər zaman “Qarabağ”a “kömək” etdiyi haqda fikirlər dolaşır. Bu barədə nə demək istəyirsiniz?
– Bu barədə fikir bildirmək istəmirəm. Bunu özümə yaraşdırmıram.
