Ötən mövsüm "Qalatasaray"ın baş məşqçi postunda çempionluq sevinci yaşayan Fatih Terimin bu uğuru onun qazandığı pul məbləğində də öz əksini tapıb.
Korner.az-ın məlumatına görə, buna kimi illik 2 milyon avro gəlir əldə edən "İmperator" bundan sonra 2.5 milyon avro qazanacaq. Eyni zamanda gələn mövsümdən təcrübəli mütəxəssisin maaşı 25 faiz artacaq.
Qeyd edək ki, Fatih Terim mövsüm başa çatdıqda Rusiya, İtaliya və Yunanıstan kimi ölkələrdən təkliflər almışdı.
