İmmobilenin yeni klubu müəyyənləşdi
03.07.2025 , 10:11

“Beşikitaş”dan ayrılan Ciro İmmobilenin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, 35 yaşlı hücumçu bundan sonra “Bolonya”da çıxış edəcək.
Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
İtaliyalı forvardla 1+1 illik müqavilə imzalanacaq.
