İmmobile İtaliya mətbuatına danışıb
10.01.2025 , 16:15
“Beşiktaş”ın ulduz oyunçusu Ciro İmmobile İtaliya mətbuatına açıqlama verib.
Korner.az xəbər verir ki, gələcəyi ilə bağlı danışan İmmobile İstanbulda xoşbəxt olduğunu bildirib:
“Latsio”dan ayrıldığım üçün heç kimi günahlandırmıram. İstanbulda yaxşıyam. Dönmək şansım olsa, xoşbəxt olardım. Gələcəkdə məni nələrin gözləyəcəyini kimsə bilə bilməz. Hazırda 2 illik sözləşməm var. Burada oynamağa davam etmək istəyirəm”.